‘İnşalar’ Kateqoriyası üçün Arxiv


Аzərbаycаn хаlqının, ümumilikdə bütün türk dünyаsının fəхr еdə biləcəyi möhtəşəm ədəbi аbidə оlmаqlа yаnаşı, «Dədə Qоrqud» dаstаnı dünyа ədəbiyyаtının qiymətli sənət incilərindən sаyılır. Оğuz türklərinin zövqünü, mənəvi аləmini, аdət-ənənələrini və şаnlı tаriхini özündə əks еtdirən bu dаstаn ulu bаbаlаrımızın qəhrəmаnlıq sаlnаməsinin bədii təsviridir. Bir müqəddimə və оn iki bоydаn ibаrət оlаn «Dədə Qоrqud» еpоsundа hər bоyun özünəməхsus хüsusiyyətləri vаr.

Bоylаrdа təsvir оlunаn qəhrəmаnlıq səhnələrinin əsаs iştirаkçılаrı isə cəngаvər Qаzаn хаn, Dirsə хаn, Bаmsı Bеyrək kimi Оğuz igidləridir. Оğluzlаrın əsаs düşməni yаdlаrdır. Dоğmа yurdа bаsqın еdib fəlаkət gətirən qəddаr və zаlım yаdеllilər günаhsız körpələrə, qаdın və qоcаlаrа əzаb vеrsələr də, igidlərimizin sərt müqаviməti ilə rаstlаşırlаr. Qаnlı döyüşlərdə kаfirlərin оrdusu dаrmаdаğın еdilir. «Dədə Qоrqud» bоylаrındа igidlər аrаsındа təfriqəyə də rаst gəlinir. Bunа bахmаyаrаq qəhrəmаnlаr sübut еdir ki, Оğuz birliyi pоzulmаzdır. Оnun hüdudlаrınа qаrа niyyətlə аyаq bаsаn yаdеlliləri ölüm və məğlubiyyət gözləyir.

Еpоsdа hər bоyun öz хüsusiyyət i оlsа dа, оnlаrı Dədə Qоrqud birləşdirir. Bоylаrın sоnundа Dədə Qоrqud yum söyləyir. Мüdrik оzаn Оğuz igidlərinə аd qоyur, öz məsləhəti və tərbiyəvi sözləri ilə оnlаrın qəlbini işıqlаndırır, gəncləri dоğru yоlа çаğırır. Bоylаrdа Оğuz igidlərinin qəhrəmаnlığı, Вətənin bаsılmаzlığı bizim üçün dоğmа оlаn cаnlı dаnışıq dilində təsvir оlunur. Bu isə dаstаnın dilini аnlаşıqlı еdir.

Dаstаnı охuduqcа bеlə bir qənаətə gəlmək оlаr ki, dоğmа Аzərbаycаnımız düşmən qаrşısındаn qаçmаyаn, ləyаqətli igidlər оylаğı, şərəfli qəhrəmаnlаr Yurdudur. Аtа-bаbаlаrımızın bizə əmаnət vеrdiyi bu Йurdu çiçəkləndirmək, оnun hər qаrışını düşməndən qоrumаq hər birimizin müqəddəs vəzifəsidir.

“Padişahi-Mülk” qitəsi

Dərc edildi: 8 Aprel 2012 / İnşalar

Füzulinin ictimai məzmunlu lirik şeirləri sırasında qitələri xüsusi yer tutur. Şairin ən məşhur qitələri sırasında “Padişahi- Mülk…” sözləri ilə başlayan qitədir. Qitə iki hissədən ibarətdir. Birinci hissədə hökmdardan, ikinci hissə isə şairdən danışılır. Füzuli bu hissələri qarşılaşdıraraq kimin daha üstün olmasını açıqlayır. “Padişahi-Mülk…” qitəsində hökmdar rüşvətxor acgöz kimi qələmə verilib. Bu şahın ölkəsində əmin amanlıqdan əsər-əlamət yoxdur. Buna görə də ölkədə üsyan baş verən kimi şahın qoşunu və ölkəsi məhv olur.Şeirdə dövrün ən fəlaktli hadisələrindən biri ardıcıl baş verən qanlı feodal müharibələrin səbəbkarların ölkə padşahlarının ümumiləşdirilmiş obrazı da birinci və üçüncü sətirlərdən diqqəti cəlb edir.

Qitənin ikinci hissəsində isə şairdən söhbət açılır.Şair şeirdə hökmdarın əməllərinə nünasibətini açıq aydın bildirir. Şair yoxsul olsa da özünü söz aləminin sultanı adlandırır.Şer sənət aləminin sultanı olan şair həyata baxışı, əməli və xasiyyəti ilə işğalçı hökümdarlardan fərqlənir. Şairin ürəklərə yol tapan sözləri,Uca tanrının köməyi ilə qirunu da dənizi də fəth etmək qabiliyyətindədir.Şairin padşahdan üstün cəhəti odur ki,onun söz ordusu heç kimə xətər yetirmir.Lakin şairin padşahdan ən üstün cəhəti odur ki,hökümdarn hakimiyyəti müvəqqəti,sənətkarların sözü isə əbədidir.Füzulinin sujet qurma məharəti,obrazlığı onun kiçik həcmli əsərlərində də özünü aydın büruzə verir. “Pənbeyi-daği cünu”, “Məni candan usandırdı”, “Padişahi-mülk”, “Söz”,və başqa qitələri buna misal ola bilər. Qitələrdə Füzuli sənətkarlığı bəzi ümumi cəhətləri saxlamağa bərabər yeni keyfiyyətlər alır.Burada ağıl, hər şeyi öz adı, ünvanı ilə vermək ütünlük ləşkil edir. “Padişahi-Mülk…” qitəsində şair özü ilə padşahları,sənətkarla ölkə hakimini qarşılaşdırmaq yolu ilə getmişdir.

Əsas məqsəd şairi tərifləmək olsa da, padşahların tənqidi daha güclü çıxmışdır. M.Füzulinin yazdığı şerlərin məğrur obrazı gözümüzün qabağına gəlir.Şair demək istəyirdi ki,insa nə qədər saf,incə və rəhmdil olarsa bir o qədər xalq içində hörmət və izzət qazanar. Şair əsərdə padşahları tənqid etmiş,hətta tənqid etməklə kifayətlənməmişdir.

Qitənin nəticə hissəsində şair başına qənaətdən tac qoyduğunu,əbədi olan dünyanı düşündüyünü,on görə də bu fani dünyada heç kimə möhdac olmadığını qürur hissi ilə bildirir.Şairirin yazdığı bu son misralar,əsasən “Şikayətnamə”əsərinə bənzəyir. Əsərdə sənətkarlara xüsuis yer verildiyi üçün fəxriyyə səciyyəsi daşıyır.

Sevimli ədəbi qəhrəmanım

Dərc edildi: 8 Aprel 2012 / İnşalar

Kitabları həyat hadisələrinin əksi sananlar yanılmırlar. Yazıçılar, şairlər bədii əsərlərinin qəhrəmanlarını sanki bizim ətrafımızdakı insanların arasından seçərək yaradırlar. Biz həyatda olduğu kimi, bədii əsərlərdə də müxtəlif xarakterli insanlarla rastlaşırıq. Bədii sürətlərdən bəziləri müsbət, digərləri isə mənfi keyfiyyətlərə malik olurlar. Buradan da oxucularda onlara qarşı rəğbət və ya nifrət hissi oyanır. Başqa sözlə desək, hər kəs oxuduğu bədii əsərlərdəki surətlərin arasında öz xarakterinə, həyata baxışlarına uyğun gələn ədəbi qəhrəman seçir və hətta onu öz idealı sanır.  Mən insanlarda mərdlik, çətinliklərdən qorxmamaq, sirr saxlamaq kimi keyfiyyətləri yüksək qiymətləndirirəm. Seçdiyim ədəbi qəhrəmanı da elə bu meyarlarla müəyyənləşdirmişəm. Bu, Azərbaycan yazıçısı Məhəmmədhüseyn Təhmasibin qələmə aldığı “Çiçəkli dağ” əsərindəki Mətanət obrazıdır. Azərbaycan şifahi xalq ədəbiyyatının gözəl bilicisi olan M.Təhmasib “Çiçəkli dağ” əsərini də sirli-sehirli nağıllarımızın motivləri əsasında qələmə almışdır.  Yazıçının əsərdə böyük məhəbbətlə yaratdığı Mətanət surəti təmiz əqidəli gənc azərbaycanlı qızların ümumiləşdirilmiş obrazıdır. O, 60 yaşında nurani bir alim olan Həkimin şagirdidir, cəmi 18 yaşı var. Lakin gənc olmasına baxmayaraq, onun möhkəm xarakteri formalaşıb. Yazıçı bu gənc qıza Mətanət adı verməklə onun xarakterinin möhləmliyini xüsusi nəzərə çarpdırmaq istəmişdir. Mətanət elmin sirlərini mükəmməl bilən müəllimindən yaxşı bilik və həyat dərsi alıb. Zülmkar Simnar xan həmkəndlilərini incidəndə, kəndə gələn suyun qarşısını kəsəndə Mətanət müəllimi Həkimə qoşularaq ona Çiçəkli dağındakı daşları əridə bilən, torpağın bəhrəsini artıran dərman hazırlamaqda kömək edir. Bundan sonra hadisələrin inkişafı dramatik xarakter alır. Simnar xan Qaraqayanı yarmaq, suyun qabağını açmaq istəyən həkimi zindana saldırır, onun hazırladığı dərmanın sirrini öyrənmək istəyir. Həkimi ələ salmaq cəhdləri baş tutmadıqda Simnar xan dərmanın sirrini Mətanətdən oyrənmək istəyir. Lakin o yanılırdı. Mətanət ona verilən işgəncələrdən, zindana salınmaqdan əsla qorxmur. Müəlliminin hörmətini uca tutur, dərmanın sirrini vermir. Mətanətin ondan dərmanın sirrini öyrənmək istəyən zülmkar xana qəti cavabı belə olur: “Bilmirəm, bilsəm də, demərəm”. Şagirdin iradəsi, dözümü, hətta daşa dönmək təhlükəsi qarşısında sınmaması müəlliminin qəlbini шаешчфк hissi ilə doldurur. Mətanətin sirr verməməsindən böyük qürur duyan Həkim iftixarla deyir: “Sən doğrudan da Mətanət imişsən”.   Bu kimi keyfiyyətlərinə görə mən Mətanəti idealım hesab edirəm və həyatda da seçdiyim bu, ədəbi qəhrəmana oxşamaq istəyirəm.

Hansı peşə daha yaxşıdır

Dərc edildi: 8 Aprel 2012 / İnşalar

Məktəb illərinin başa çatması gənclər üçün yeni həyatın başlanması deməkdir. Sərbəst həyata atılan gənclərin qarşısında çoxlu sayda yollar açılır. Kimi əvvəlcədən müəyyənləşdirdiyi ali məktəbin qapısını döyür, kimi birbaşa istehsalata, inşaat meydançasına yollanır. Gənclər gələcək peşələrini seçərkən, adətən, özlərindən böyüklərlə, ilk növbədə də valideynləri ilə məsləhətləşirlər. Bu da təbiidir. Yaşlı nəslin böyük həyat təcrübəsi var və onlar sabahın qurucularına öz seçimlərində yanılmamaları üçün dəyərli məsləhətlər verirlər.   Mənim qənaətimə görə gənclərin hansı peşəni seçmələrinin elə bir ciddi fərqi yoxdur. Hər peşənin, hər sənətin öz gözəlliyi var. Əsas odur ki, seçdiyin peşəyə qəlbən bağlı olasan, onun sirlərini öyrənəsən, bütün incəliklərinə yiyələnəsən. Yalnız bu halda seçdiyin sənətlə cəmiyyətdə nüfuz, hörmət qazana biləsən.  Məndə artıq öz seçimimi etmişəm. Bizim ailəmiz həkimlər ailəsi kimi tanınır. Babam məhşur cərrahdır. Anam uşaq poliklinikasında göz həkimi işləyir. Qardaşım Azərbaycan Dövlət Tibb Universitetinin sonuncu kurs tələbəsidir. Mən də ailəmizin ənənəsini davam etdirməyə və həkim olmağı qərarlaşdırmışam. Açığı, məndə bu beşəyə marağı babam oyadıb. O məni bir neçə dəfə işlədiyi xəstəxanaya aparıb. İlk dəfə babamın ağ xalatlı dostları ilə tanış olanda çox həyəcanlı idim. Onlar xəstələrlə nəvazişlə davranırdılar. Babam da yanına gələn xəstələrin dərdlərinə qəlbən şərik olur, onları səbrlə dinləyir və dəyərli məsləhətlər verir. Hər cərrahiyə əməliyyatını aparan zaman babam narahat anlar yaşayır. Uğurlu keçən əməliyyatdan sonra isə babam özünü çox xöşbəxt hiss edir.  Ailəmizin ünvanına tez-tez Azərbaycanın müxtəlif bölgələrindən anamın və babamın keçmiş xəstələrindən məktublar gəlir. Sağalıb gümrah halda öz ailələrinin, uşaqlarının yanına qayıdan insanlar onlara ikinci həyat bəxş etdiklərinə görə anama və babama ən səmimi duyğularını çatdırırlar.  Göründüyü kimi, həkimlik çox nəcib, hamıya gərək olan peşədir. Ancaq mən başa düşürəm ki, bu peşə nəcib olduğu qədər də məsuliyyətlidir. Axı söhbət insan taleyindən gedir. Hansısa bir səhv, ehtiyatsızlıq böyük faciəyə səbəb ola bilər. Buna görə də həkim elmin sirlərinə mükəmməl yiyələnməli, müasir tibb cihazları ilə işləməyi bacarmalı, ən əsası da öz məsuliyyətini heç vaxt yaddan çıxarmamalıdır. Mən də dərslərimi “əla” qiymətlərlə oxumağa çalışıram, tibbə aid çoxlu əlavə ədəbiyyat mütaliə edirəm.

Müstəqil Azərbaycan

Dərc edildi: 8 Aprel 2012 / İnşalar

Müstəqil yaşamaq,taleyinin sahibi olmaq,öz dövlətini qurmaq hər bir xalqın arzusudur.Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır.Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur.Buna misal kimi müxtəlif dövrlərdə tarixi Azərbaycan torpaqlarında yaradılmış Şirvanşahlar, Eldəgizlər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin adını çəkə bilərik.Şah İsmayıl Xətainin dövründə Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını birləşdirirdi və Azərbaycan dili dövlət dili səviyyəsinə yüksəldilmişdi.  Xalqımız ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanmışdı.1918-ci ildə Azərbaycanda bütün islam dünyasında ilk demokratik respublika qurulmuşdur.Lakin bu respubilikanın ömrü qısa oldu.Belə ki, xarici müdaxilə, daxili çəkişmələr və digər amillər üzündən Azərbaycan Demokratik Cümhuriyyəti az vaxtdan – cəmi 23 aydan sonra süqut etdi.Ötən əsrin son onilliyinədək davam edən sovet hakimiyyəti illərində xalqımız dövlət müstəqilliyindən məhrum qalsa da, respubilikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmiş və müstəqillik üçün lazımı əsaslar yaratmışdır.  Ötən əsrin sonlarında xalqımıza yenidən dövlət müstəqilliyinə qovuşmaq səadəti nəsib oldu.Sovet İttifaqı dağildıqdan sonra 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və bununla da respublikamızın müstəqilliyi bərpa olundu.  Həmin vaxtdan bəri xalqımız azad yaşayır,öz milli dövlətini möhkəmlədərək inkişaf etdirir. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanmışdır. Respubilikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilmişdir.Dövlət gerbi, himn, üçrəngli bayraq müstəqil dövlətimizin rəmzləridir. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.Respubilikamızda dövlət quruculuğunun əsasları bu Konstitusiya ilə təsbit olunub. Konstitusiyamıza əsasən,Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlətdir və ölkədə hakimiyyətin yeganə mənbəyi xalqdır.Müstəqil Azərbaycanın həyatında başqa bir əlamətdar hadisə 1994-cü ilin əvvəlində baş vermişdir – milli valyutamız manatdan ölkədə yeganə ödəniş vasitəsi kimi istifadə olunmağa başlanılmışdır. Bütün bunların sayəsində respubilikamızda həyat dəyişir, insanların rifah halı yaxşılaşır, yeni-yeni sosial layihələr həyata keçirilir, paytaxda, bölgələrdə genişmiqyaslı tikinti-abadlıq işləri aparılır.Yeni tikilən göydələnlər, nəhəng körpülər, rahat yollar müstəqil Azərbaycanın getdikcə artan iqtisadi qüdrətindən xəbər verir.  Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir.Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi, göstərmək hər birimizin müqəddəs borcudur.

Xocalı faciəsini unutmuruq

Dərc edildi: 8 Aprel 2012 / İnşalar

26 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyidləri arasında caş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədilik yummuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirin…  Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Qələm acizdir bu vəhşilikləri təsvir  etməkdə. Şəhərin 800-dən artıq sakininin həyatına son qoyuldu bir gecənin içində. 6 ailə tamam məhv edildi, 1277 nəfər gotürüldü, yüzlərcə soydaşımız bu və ya digər dərəcədə bədən xəsarəti aldı. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar Xankəndində qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hisslərin, ələlxüsus da 366-cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər və əslində soyqırım törədərək bir şəhəri yer üzündən tamam sildilər. Ermənilər törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini “məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilər xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi.  Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. Abidə rəmzi məna daşıyır.Burada arzuları gözündə qalan balasını başı üstünə qaldıran ananın fəryadı təsvir olunub. Bu Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir.

Ana haqqı – Tanrı haqqı – 2

Dərc edildi: 8 Aprel 2012 / İnşalar

Ana! Hər dəfə bu sözü tələffüz edəndə sonsuz qürur duyuram, qəlbim fərəhdən genişlənir. Bu, sadə bir söz olsa da, məna tutumu çox zəngindir. Bu sözlə Yer üzündə ən mehriban və munis, ən böyük və əzəmətli varlıq olan anamıza xitab edirik.  Məşhur şairlər, filosoflar ana haqqında bir-birindən gözəl təşbehlər işlətmişlər. Anaların şərəfinə çoxlu şeirlər yazılıb, mahnılar bəstələnib. “Ana qəlbi möcüzələr xəzinəsidir”, “Ananın məsuliyyəti böyük, vəzifəsi müqqəddəsdir”, “Analar böyük vəzifələrini yerinə yetirdikdə heç bir əvəz almaq fikrində olmurlar” …  Ancaq bu ifadələrdən hər biri nə qədər gözəl səslənsə də, onlardan hər birinin məna yükü nə qədər dərin olsa da, ananın əzəmətini, ucalığını, həyatımızdakı rolunu bütün dolğunluğu ilə tam əks etdirmir. Ana əlçatmaz zirvədə dayanır. Böyük Azərbaycan yazıçısı M.S.Ordubadi bunun təsdiqi kimi yazmışdır: “Ana! Dünyada sənin müqəddəsliyini təyin edə biləcək hələ heç bir ölçü yoxdur, sənin əzəmətini təsvir edə biləcək hələ heç bir kitab yazılmayıb”. Biz “Ana Vətən” deyib ananı havasını udduğumuz, çörəyini yediyimiz, üstündə gəzdiyimiz Vətənə, “Ana dilim” deyib ruhumuzun ifadəsi, varlığımızın təsdiqi olan doğma dilimizə bərabər tuturuq. Bir də ana uca Tanrı ilə müqayisə olunur. “Ana haqqı – Tanrı haqqı” deyib müdriklər. Tanrı yeri-göyü yoxdan xəlq edib,bəşər övladı isə ana bətnində dünyaya göz açır. Bir mahnıda səsləndiyi kimi: Ana, sən həyat verdin mənə…  Lakin ana öz övladına yalnız həyat vermir, həm в, min bir çətinliyə qatlaşaraq onu böyüdür. Övladı boya-başa çatanadək ananın çəkdiyi əzab-əziyyəti heç nə ilə müqayisə etmək mümkün deyil. Beşik başında keşik çəkib səhəri gözlərində açan da, biz çətinliyə düşəndə şam kimi əriyən də, böyüdükcə boyumuza baxıb qürrələnən də anadır. Ana təbiətcə zərif məxluq olsa da, mən onu öz balası yolunda göstərdiyi fədakarlıqlara görə qartala bənzədirəm. Həmişə məğrur, qorxmaz, həmişə yüksəklikdə uçan qartala. O, övladını təhlükələrdən qartal şücaəti ilə qorumağa hazırdır, hətta lazım gəlsə, düşmən üstünə şığımaqdan belə çəkinməz.  Hər birimizin gələcək həyat yolunun müəyyənləşməsində də ananın rolu əvəzsizdir. Biz ilk tərbiyəni ondan alırıq. Ananın şəxsi nümunəsi, verdiyi öyüd-nəsihətlər dünyagörüşümüzün formalaşmasında mühüm rol oynayır.  Mən anam barəsində tez-tez fikirləşirəm. Hər dəfə onun mehriban, nurlu çöhrəsini gözlərim önündə canlandıranda gələcəyə daha nikbin nəzərlərlə baxıram. Eyni zamanda anamın qarşısında borcumu da yaddan çıxarmıram. Öz-özümü sorğu-suala tuturam: Mən anamı necə sevindirə, necə xöşbəxt edə bilərəm? Bəzən xəyal məni uzaqlara aparır, könlümdən anama dünyada ən bahalı hədiyyə almaq, onu bütün işlərdən azad etmək istəyi keçir. Bir dəfə arzumu anamın özünə də bildirdim. Onun sifətinin necə işıqlandığını hiss etdim, dodaqlarında təbəssüm oyandı. Nəvazişli əlləri ilə başımı sığal çəkib dedi: – Mənim bahalı hədiyyəyə ehtiyacım yoxdur. Ana üçün ən böyük hədiyyə övladının düzgün yol tutması, tərbiyəli olması, dərslərini yaxşı oxuması, müəllimlərinin hörmətini qazanmasıdır.  Anamın bu sözləri qulaqlarımda həmişəlik həkk olunub. Buna görə də dərslərimə səylə hazırlaşıram. Hər dəfə dərslərimdən “əla” qiymət alanda bunu anam üçün ən yaxşı hədiyyə sanıram.