Hacı Qara

Dərc edildi: 8 Aprel 2012 / İnşalar

Mirzә Fәtәli Axundovun komediyaları Zaqafqaziya müsәlmanlarının XIX əsrin 40 vә 50-ci illәrindәki hәyatını әks etdirәn bir reflektora bәnzәyir. İstedadlı dramaturq, xalqı yaxşı tanıyan Axundov xalq mәişәtinin müxtәlif tәrәflәrini kifayәt qәdәr düzgün vә sәnәtkarlıqla әks etdirmişdir.Bütün komediyalarında Axundov xalqın hәyatına yaxşı bәlәd olan nadir psixoloq vә sәnәtkardır, onun yaradıcılıq istedadı, hәyat tәcrübәsi vә hәrtәrәfli biliklә zәngin zәkası özünü hәr yerdә göstәrir. Onun hәr hansı bir komediyasını oxuyub qurtarandan sonra adama elә gәlir ki, uzun müddәt yaxından tanıdığın adamların arasında olmusan vә hәmin adamlardan lap yaxın vaxtlarda ayrılmısan. M.F.Axundzadənin “Hacı Qara” komediyasında adından da göründüyü kimi xəsislik təsvir və tənqid olunur. Dahi dramaturqun bu əsərində rәhmsiz qoca xәsis Hacı Qaranın mәnәvi alәmindәki nifrәt oyadan cәhәtlәrin açılması üçün  dərin fəlsəfi-psixoloji məqamlardan sənətkarliqla istifadə etməsini görürük: bu qoca xәsis üçün dünyada puldan başqa heç bir müqәddәs şey yoxdur; Hacı Qara, öz dostu Heydәr bәyin qoçaqlığını tәriflәyәn Әsgәr bәyә etinasızlıqla deyir ki, bizim zәmanәmizdә qoçaq olmaqdansa, cibin pulla dolu olsa min dәfә yaxşıdır.Əsər 2 xətt üzrə inkişaf edir. Yəni əsərin bir hissəsi Hacı Qara ilə, digər hissəsi Heydər bəylə əlaqədardır. Biri xəsisliyi ucbatından itirdiyi 100 manat zərərinin  əvəzini çıxmaq şərtilə, digəri isə evlənmək üçün qaçaq mal alverinə gedir. Tacir Hacı Qara komediyanın gülünc qəhrəmanıdır. Xəsislik, tamahkarlıq, ikiüzlülük, qorxaqlıq onun əsas xüsusiyyətləridir. Xəsisliyinin ucbatından ailəsinə nəinki pul vermir və hətta özü belə xərcləmir. O, tamahkarlığı, acgözlüyü üzündən qaçaqmalçılığa girişir.
Hacı Qaranın həyat yoldaşı Tükəz xanım isə xəsisliyə qarşıdır. Bununla yanaşı o, həyat  yoldaşına qayğı göstərir. Tükəz xanım ərinin qaçaqmalçılığa getməsini pisləyir. Əsərdə Heydər bəyin simasında insan xarakterinin ziddiyətli olduğunu göstərilir. Yəni, o cəsur, mərd bir gəncdir və bəy nəslindəndir. Amma Heydər bəy cəsur mərd bir gənc olsa da əsərdə onun mənfi xüsusiyyətləri də təsvir olunur. Yəni Heydər bəy əməklə, zəhmətlə yaşamağa qarşıdır. Əsərdə onun iflasa uğradığı təsvir olunur və bildiyiniz kimi, bununla onun var-dövləti yox olur, hətta Heydər bəyi evlənmək üçün belə imkanı olmur. Buna görə də o da qaçaqmalçılıq edir.
Əsərdə Heydər bəyin nişanlısı olan, onu ürəkdən sevən Sona xanım surəti də var. O da Heydər bəy pis əməldən çəkindirməyə çalışaraq, qaçaqçılıq kimi pis işlə məşğul olmasını istəmir.Hacı Qaranın ona pis mal satmış Şuşa tacirinә yağdırdığı söyüşlәr, özü mal satanda qurana and içib parçasını tәriflәrkәn dediyi sözlәr, yaxud Zalxa arvadın ağıllı muhakimәlәri uzun müddәt adamın qulağında sәslәnir. Zalxa arvad Divanbәyiyә deyir ki, Tarverdi biçarәnin heç bir tәqsiri yoxdur, o nә elәsin ki, bu viran olmuş ölkәnin qızları quldurluq, oğurluq bacarmayanı sevmirlәr. Divanbәyiyә deyәn gәrәk ki, bacarırsan ölkәmizin qızlarına qadağan elә ki, quldur olmayan oğlanlardan zәhlәlәri getmәsin. Axundov şәrq dillәrinin bilicisi hesab olunurdu; o, öz komediyalarını Azәrbaycan türklәrinin lәhcәsindә, canlı, oynaq vә cilalanmış bir dildә yazmışdır. Bu canlılıq vә sadәlik sayәsindә onun komediyaları bütün savadlı camaatın malı olmuşdur; doğrudan da, bir zamanlar hәmin komediyalar böyük bir maraqla oxunurdu. Təsadüfi deyildir ki, bədii cəhətdən yüksək sənət nümunəsi  sayılan “Hacı Qara” komediyası Mirzә Fәtәli kimi kamil vә sənətkarin qələmindən ərsəyə gәlә bilәrdi. Bu baxımdan, Mirzә Fәtәlini fransızların  Molyeri vә rusların Qoqolu ilə müqayisə edən ədəbiyyatşünaslar onun sərhəd tanımayan zəka diapazonuna istinad edirdilər.
Mirzә Fәtәli Axundovun yaradıcılığı bütövlükdə XIX əsr Azərbaycan ədəbiyyatında böyük hadisə olaraq ölkədə yeni ədəbi mühitin formalaşmasına müsbət təsir göstərdi.

About these ads
şərhlər
  1. masallah deyir ki:

    bir azda yaxsi qoyun!!!

  2. BABA deyir ki:

    bunnan yaxsini qoyda

  3. tatu deyir ki:

    can modal feli var?

  4. masallah deyir ki:

    mirze feteli axundzadenin haqqinda qoya bilersen????????????????
    eger burdasansa admin tez qoyarsan?mene tecilli lazimdi

  5. aydan deyir ki:

    bir az maragli ve qisa mezmun qoya bilersiz?

  6. masallah deyir ki:

    edebiyyat nezeriyesi var 7-8ci sinif?

  7. love you deyir ki:

    “latin dili” haqqinda insa qoya bilersiz?

  8. nadir deyir ki:

    insadan istifade etdim cox sagolun

  9. oktay deyir ki:

    musdeqil dusunmeyi bacarirsami

  10. nihad deyir ki:

    mən sizin yazdığınız hacı qara haqqında yazdığınız məlumata görə təşəkkürlər. mən bunu yazdım və yaxşıca oxudum. sizin burada bir neçə səhviniz var idi. bəzi yerlərdə vergül və yaxud nöqtə, bəzi yerlərdə fikir bitb amma davam etmisiniz. fikir mövzunu əhatə edib qurtarandan sonr yeni fikrə başlamaq istəyirsinizsə abzsdan istifadə etməlisiniz. burada başqa səhvlərə var idi. amma mən bu səhvləri deməyəcəyəm. çünki, özünüz tapasınız.

  11. ayten deyir ki:

    buranin admini kimdi mene tez deyin bu nedi eeeeeee istediyim insa yoxdu burda bu nece insa toplusudu burda butun insalar olmalidir ama istediyim insa yoxdu mene tez admini tapin

  12. gozel kiz deyir ki:

    haradan tapaq d e l i ozun ola ola basqasina niye tapsirirsan

  13. mesume deyir ki:

    Men telesmirem inwasini yazinda noolar

  14. mery deyir ki:

    ilyas efendiyevin geriye baxma,qoca esrinin tehlilini yazinda

  15. aygun deyir ki:

    tewekkurler admin isime yaradi

  16. rufet deyir ki:

    cox sagolun

  17. fidan15 deyir ki:

    superdi tşk

  18. Agalar deyir ki:

    Cox yaxşi idi

  19. ASKIM T+A = S deyir ki:

    bu insanin arxasini tapsam super olar

  20. NIGAR deyir ki:

    hazir insa tapmisiz wukr eliyinee sizse daha da artigini isteyirsiz.daha gozelini isteyirsiz gedib ozunuz yazin eh

  21. AnaR SuMQaYıTLı deyir ki:

    Pis deyil … bunada şükür .. :)

  22. nermin deyir ki:

    mene lazim olan her sey yazlib …..very very thank you

  23. nezrin deyir ki:

    zalxa adinda obraz yoxdu axi orda?zalxa arvad nedi?

  24. Mircelal deyir ki:

    Haci qaranin xesisliyi haqqinda yazinda admin eger burdasizsa zehmet olmasa indi qoyun

  25. ilqar deyir ki:

    heç burda isdediyim inşa yoxdu

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s