Həyatda kimdən nümunə götürmək istərdim

Dərc edildi: 8 Aprel 2012 / İnşalar

İnsan üçün ən yaxşı tərbiyə vasitələrindən biri şəxsi  nümunədir. Gördüyümüz, münasibətdə olduğumuz yaxşı adamlar, gözəl nümunəyə çevrilir, tərbiyə məktəbi olurlar. Biz belə insanlara oxşamağa çalışmaqla özümüzü tərbiyə edir, mənəvi yüksəlişə can atırıq.

 

Mənim həyatada ən sevimli şəxslərim öz müəllimlərimdir. Mən öz müəllimlərimi çox sevir və onlardan nümunə götürürəm. Bu həm də mənim müəllim sənətinə olan məhəbbətimdən irəli gəlir. Mən müəllimlik sənətindən şərəfli heç nə qəbul edə bilmirəm. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, “Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, ən bilikli, zəkalı, tərbiyəli vətənpərvər vətəndaşlar yetirir.” Bəli, bu, doğurdan da, belədir. Müəllim ömrü bir çırağa bənzər. Sönənə qədər bilik dolu hərarətini şagirdinin duyğularına, idrakına hopdurur. Müəllim ömrü bir Aya bənzər. O, şagirdin mənəvi dünyasındakı qaranlıqları öz işığı ilə əridir nə nurlandırır.

Dirilik suyudur hər kəlmən, inan,

Səadət tapıbdır onu eşidən kəs.

Yaxşı müəllimdən yaxşı dərs alan

Həyatda heç vədə büdrəyə bilməz.

Görkəmli şairimiz Cavad Cavadlının müəllim haqqında dediyi bu kəlmələr mənim ürəyimdən xəbər verir və bir şeyə inanıram ki, həqiqətən, yaxşı müəllimin pis şagirdi ola bilməz. Çünki yaxşı müəllim ən pis şagirdi belə öz təsiri altına alıb tərbiyə etməyə, onu əsl insana çevirməyə qadirdir. Mənim də müəllimlərim belə şəxslərdir. Onlar pərvanə tək başımıza dolanır, bizdən ötrü özlərini oda vurmaqdan çəkinmirlər. Onlar bizə öz doğma balaları kimi yanaşır, ağrımızı öz ağrıları, sevincimizi öz sevincləri kimi qəbul edirlər. Heç yadımdan çıxmaz. Ədəbiyyat müəllimimiz məni keçmiş dərsi danışmaq üçün lövhəyə çağırdı. Böyük şövqlə dərsi danışmağa başladım. Dərsi danışdıqca müəllimə fikir verirdim. Onun üzündə elə bir məmnunluq duyğusu, elə bir nur var idi ki, ona baxan şəxs onun həmin anda ən xoşbəxt insan olduğunu fikirləşərdi. Mənim dərsi yaxşı danışmağım müəllimi göyün yeddinci qatına qaldırmışdı. Belə müəllimi sevməmək, onu nümunə kimi qəbul etməmək mümkündürmü? Əsla yox .

 

Mən bu gün adi bir şagirdəm. Qəlbim  arzularla doludur. Gələcəkdə yazıçı ola bilsəm, öz şah əsərimi müəllimlərim haqqında yazacağam, heykəltəraş ola bilsəm, müəllimlərimin bütün daxili və xarici gözəlliklərini əks etdirməyə qadir olan bir müəllim heykəli yaradacağam, bir rəssam ola bilsəm, elə bir gözəl müəllim portreti çəkəcəyəm ki, baxan kimi hamı onun öz ülvi əməlləri ilə məlakələrdən yüksəkdə durduğunu görə bisin.

Qara saçlarına düşən ağ dənin

Hamısı zəhmətdən gəlibdir başa

Hara baxıramsa, müəllim, sənin,

Arzunu günəşlə görürəm qoşa.

About these ads
şərhlər
  1. BAKİLİ deyir ki:

    COX GOZEL İNSADİ. BUNU BURA YAZANİN ALLAH KOMEYİ OLSUN

  2. No Name deyir ki:

    hede bes nece olmalidi?

  3. ASif deyir ki:

    Cox Sagolun mene lazim idi bu

  4. nərmin m-ova deyir ki:

    yaxşı inşadı ama çox samballıdır

  5. no name deyir ki:

    yaxsi insadir.ama o qeder de ela deyil.

  6. no name deyir ki:

    Yaxsi insadir,amma ela deyil.

  7. no name deyir ki:

    It isn’t excellent.

  8. nezrin_alizade deyir ki:

    Çox gözel inşadı.

  9. asdagasgag deyir ki:

    mence superdiii super super yazana halal

  10. Ayşən deyir ki:

    pis deyil niyeki yaxşıdı yazan sağolsun.

  11. sevda deyir ki:

    super insadir.ne yaxsi ki bu sayit var.tesekurler

  12. lale deyir ki:

    Çox gözəl insandır həm də yazısıda çox gözəldirşMənim xoşuma gəldiş

  13. natiq deyir ki:

    eladi mene lazim idi *_* AGDAS *_*

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s